Aleksey Navalnı

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Aleksey Navalnı
rus. Алексей Анатольевич Навальный
Alexey Navalny (cropped) 2.jpg
partiya rəhbəri[d] (Gələcək Rusiya Partiyası[d])
2013
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1976(1976-06-04)[1] (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[6], hüquqşünaslıq[7], siyasətçi, hüquqşünas

Təltifləri Gold Play Button Silver Play Button
İmzanın şəkli
navalny.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976[1], Butın[d], Moskva vilayəti[2]) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri.[8]

Həyatı[redaktə | mənbəni redaktə et]

1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.[9]

2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarındandır. Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideridir.[9]

Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.[9]

Zəhərlənməsi[redaktə | mənbəni redaktə et]

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.[8] Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər.[10] Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Aleksey Navalnı süni komaya düşüb, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.[11] Avqustun 28-də “Charite” klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib.[12]

Həbsi[redaktə | mənbəni redaktə et]

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs ediib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verdi.[13] Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirilib. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutub. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçının saxlanılıb.[14]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Alexej Nawalny // Munzinger Personen (alm.).
  2. 1 2 Alexei Navalny: Russia's vociferous Putin critic.
  3. https://www.vedomosti.ru/politics/articles/2018/05/19/770041-partiya-navalnogo.
  4. 1 2 https://aif.ru/dontknows/1225952.
  5. https://worldfellows.yale.edu/person/alexey-navalny/.
  6. Putin firma la ley que le permitirá ser presidente de Rusia hasta 2036.
  7. VIAF: 254613339.
  8. 1 2 apa.az. "Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır" (az.). 20 Avqust 2020. İstifadə tarixi: 21 avqust 2020.
  9. 1 2 3 novator.az. "Aleksey Navalnı ağır vəziyyətdədir" (az.). 20 avqust 2020. İstifadə tarixi: 21 avqust 2020.
  10. virtualaz.org. "Navalnı bu gün Almaniyaya aparılacaq" (az.). 22 avqust. İstifadə tarixi: 22 avqust.
  11. “Charite” klinikası: Navalnını zəhərləyiblər
  12. Müxalifət liderini kimyəvi silahla zəhərləyiblər?
  13. Aleksey Navalni Rusiyaya çatan kimi həbs edildi
  14. Rusiyada etiraz aksiyaları keçirildi-FOTO

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]