Yarasa (alm.Die Fledermaus) — avstriyalı bəstəkar, İohann Ştrausun1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner Karl və Jene Rixarddırlar. Operettanın primyerası 5 aprel, 1874 cü ildə Vyana, “An der Vin” teatrında olmuşdur.
1872 ci ildə Vyana teatrı “An der Vin” Anri Malyak və Ludovik Halevinin “Yeni il gecəsi” fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin “Həbs cəzası” vodevili əsasında Haffner Karl və Jene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni “Yarasa” operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar “Yarasa” populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra “Qaraçı” adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır. Bundan sonra operetta məşurlaşaraq hər yerdə hətta Avstraliyada və Hindistanda tamaşaya qoyulur. Oprettanın zəfər uğuru 20 ildən sonra Qustav Malerin yeni redaktəsində Hamburqda qoyulmuş tamaşasında olmuşdur.
Ağaxan Salmanlı — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı. 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb.
Leyla Bədirbəyli — Azərbaycanın görkəmli teatr xadimi; Azərbaycan SSR xalq artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937- 1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942- 1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.
Məhəllə teatrıçex.Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex.Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex.Tylovo divadlo) - PraqanınPraqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex.Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.
Uilyam Şekspir (ing.William Shakespeare, 26 aprel 1564 – 23 aprel 1616) — ingilis dramaturq, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi. Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592-ci illərdə Londonda yaşamışdır. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərmişdir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıtmış və üç il sonra vəfat etmişdir.