Akvametriya

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Dean-Stark apparatus.svg

Akvametriya (lat. aqua – su + metriya) - qaz, maye və bərk maddələrdə suyun miqdari təyini üsullarının məcmusu. Akvametriyada suyun kimyəvi, fiziki-kimyəvi və ya fiziki xassələrinə əsaslanan üsullardan (qravimetriya, qaz xromatoqrafiyası, infra qırmızı spektroskopiya və s.), analiz edilən nümunənin rütubətlə funksional əlaqəsi olan hər hansı bir xassəsinin qeydiyyatına əsaslanan üsullardan və hibrid üsullardan istifadə edilir. Suyahəssas reaktivlərin (kalsium hidridi və karbidi, natrium amidi, litium alümohidridi, turşuların anhidridləri və halogen anhidridləri və s.) tətbiqinə əsaslanan kimyəvi üsullar daha geniş yayılmışdır.

Titrimetrik üsullardan, o cümlə dən analiz olunan nümunədə suyu kütlə üzrə 0,5⋅10-5-dən 100%-dək təyin etməyə imkan verən Fişer reaktivinin iştirakı ilə kulonometrik üsuldan da çox istifadə edilir. Təyin etmənin əsasını ekvimolyar miqdarda su sərf etməklə SO2-nin yodla yüksək seçici oksidləşmə reaksiyası təşkil edir. Ekvi va lent nöqtəsinə qədər sərf olunmuş yoda görə nümunədə suyun miqdarı hesablanır. Suyun təyinində kulono metrik etalonsuz üsuldan istifadə olunur. Bu üsulun əsasını nazik P2O5 təbəqəsi ilə örtülmüş spiral platin elektrodlarda suyun elektro kim yəvi parçalanması təşkil edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 269. ISBN 978-9952-441-02-4.